Odessada “Harry Potter qalası”nda yanğın – VİDEO

Rusiya ordusu ötən gün Ukraynanın Odessa şəhərinə raket zərbələri endirib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zərbə nəticəsində şəhərdə əhali arasında “Harry Potter qalası” da adlandırılan “Odessa Hüquq Akademiyası”nda yanğın baş verib.

Binanın dam hissəsinin tamamilə yandığı bildirilir. Alovlar 600 kvadratmetr əraziyə yayılıb.

Ümumilikdə şəhərə hücum zamanı 5 nəfər həlak olub, daha 23 nəfər isə xəsarət alıb.

Hadisə ilə əlaqədar Odessa vilayətində aprelin 30-u matəm günü elan edilib.