Nüvə apokalipsisindən sonra dünyada nə baş verəcək?

Bəşəriyyət bir neçə dəfə nüvə fəlakətləri ilə üzləşib. Xirosima və Naqasaki, Çernobıl və Fukusima bizə planetin və ondakı həyatın nə qədər kövrək olduğunu xatırladıb.

Globalinfo.az xəbər verir ki, bunu professor Timoti Musso deyib.

O, ömrünün 25 ilini nüvə fəlakətlərinin baş verdiyi yerlərdə ekosistemləri öyrənməyə sərf edib.

Alimin fikrincə, müasir dünya radiasiya ilə doludur və şüa getdikcə daha da çoxalır və böyük əraziləri əhatə edir.

“Radioaktiv fəlakətlərdən sonra ətraf mühitə ionlaşdırıcı radiasiya yayılır. Onun əsas təhlükəsi orqanizmlərin DNT-sinə dağıdıcı təsiridir. Çünki onlarda mutasiyaya səbəb ola biləcək dəyişikliklər baş verir. Mutasiya prosesi o qədər ciddi ola bilər ki, onkoloji və digər təhlükəli xəstəliklərə yol açması mümkündür. Məsələn, 1945-ci ildə Yaponiyaya  atılan atom bombalarından sağ çıxanlar beyin patologiyası və digər xəstəlikləri olan uşaqlar dünyaya gətiriblər”.

Musso bildirib ki, bitkilər çox vaxt radiasiyanın ağır təsirini erkən hiss edirlər. Belə ki, Çernobıl partlayışından sonra yaxınlıqdakı ağacların yarpaqları öz şəklini dəyişib. Ətrafdakı şam meşəsi isə tamamilə məhv olub.

Əliyar Xəlil
Globalinfo.az