Lavrov nüvə müharibəsindən danışdı

FotoJet 2024 04 22T135746.433

“Kollektiv Qərb”in hərəkətləri nüvə gücləri arasında birbaşa hərbi toqquşmaya səbəb ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, hazırda ABŞ-la silahlara nəzarət məsələsində dialoq aparmaq üçün heç bir əsas yoxdur.

“Qərbin addımları nüvə gücləri arasında fəlakətli nəticələrə gətirib çıxaran birbaşa hərbi toqquşmaya yol açır. Biz nüvə təhlükəsi səviyyəsinin artmasına səbəb olan bu cür ciddi strateji riskləri görürük”.

Lavrov həmçinin ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS tərəfdaşlığının formalaşmasından və NATO ölkələrinin hərbi xərclərinin artmasından narahatlığını dilə gətirib.

“Qərblilər Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatını özəlləşdirərək onu öz şəxsi maraqlarına uyğun formalaşdırmağa çalışırlar. Nəticədə bu təşkilatın müstəqil statusu və səlahiyyəti itir”.

XİN rəhbəri Rusiyanın guya kosmosa nüvə silahı yerləşdirməsi ilə bağlı ittihamları əsassız və absurd adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az