Köçəryanın 90-cı illərdəki uğursuz zarafatı gündəm oldu

Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Arsen Torosyanın ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan və Robert Köçəryanla bağlı sözləri müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, deputat Albaniyaya səfəri ilə bağlı açıqlamasında keçmiş prezidentlər arasında illər öncə baş tutan dialoqu xatırladıb.

“Albaniyada səfərdə oldum, bu ölkənin Milli Məclisindəki həmkarlarımla görüşdüm. Albaniya olduqca normal və inkişaf etməkdə olan ölkədir. Buranın əhalisi son dərəcə normal insanlardır. Yəni illər əvvəl iqtidarı ələ keçirmiş sabiq prezidentin etdiyi zarafat uğursuz idi”, – o bildirib.

Qeyd edək ki, A.Torosyan 1990-cı illərdə R.Köçəryan və L.Ter-Petrosyan arasında “ermənilərin Qafqaz albanları olması” ilə bağlı zarafatına diqqət çəkib. Belə ki, həmin vaxt Petrosyan Ermənistanda hakimiyyəti ələ keçirən Robert Köçəryandan “Rəbbin duasını xristian olaraq bilirsənmi?” deyə soruşub. R.Köçəryan isə cavabında zarafatla “Xeyr, mən albanam” cavabını verib. O, bununla ermənilərin əslində Qafqaz albanları olduğuna dair iddialara qeyri-ciddi yanaşdığını göstərib.

Ayşən Mustafa
Globalinfo.az