Çin Prezidenti Si Szinpinlə Rusiya Prezidenti Vladimir Putin arasında əməkdaşlıq haqqında birgə bəyanat qəbul edilib.
Globalinfo.az xəbər verir ki, sənəd iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünə təsadüf edir.
Prezidentlər Pekində aparılan danışıqlardan sonra hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə dair birgə bəyanat qəbul ediblər.
Məlumata görə, sənəd 30 səhifədən ibarətdir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin hazırda Çində səfərdədir. Bu, V.Putinin prezident seçildikdən sonra ilk rəsmi səfəridir.
Ayşən Mustafa
Globalinfo.az