“Nostradamus” Ukraynadakı müharibənin bitmə vaxtını açıqladı

“Hindistanlı Nostradamus” kimi tanınan Kuşal Kumar Ukraynadakı müharibənin bitəcəyi tarixi açıqlayıb. 

Globalinfo.az xəbər verir ki, o, bu ilin sentyabrından etibarən döyüş meydanında vəziyyətin daha da gərginləşəcəyini deyib.

“2024-cü ilin sentyabrında müharibənin dəhşətli ssenarisi başlayacaq. Vəziyyət daha pis olacaq, müharibə hələ 2025-ci ilin may ayına kimi davam edəcək. Həmin tarixdən etibarən cəbhədə döyüşlər səngiməyə başlayacaq. Orduların təchizatında problem yarana, mühasirəyə düşmə halları ola bilər. Gələn ilin may-oktyabr ayları arasında bütün cəbhəboyu sabitliyin əldə olunması mümkündür”.

K.Kumar həmçinin dənizlərdə müharibənin gözlənildiyini, dünyada yeni bir müharibə ocağının alovlanacağını proqnozlaşdırıb.

Ayşən Mustafa
Globalinfo.az