Nobel mükafatçısı 95 yaşında vəfat etdi

Britaniyalı nəzəri fizik, Nobel mükafatı laureatı, professor Piter Hiqqs 95 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Edinburq Universitetinin saytında məlumat verilib.

Məlumatda bildirilib ki, professor Hiqqs qısa sürən xəstəlikdən sonra evində vəfat edib.

Qeyd edək ki, İsveç Kral Elmlər Akademiyası 2013-cü il Fizika üzrə Nobel Mükafatını Fransua Englert və Piter Hiqqsə “atomaltı hissəciklərin kütləsinin mənşəyinin dərk edilməsinə töhfə verən mexanizmin nəzəri kəşfinə görə” verib.