niyameddin 1

QHT Agentliyinin dəstəklədiyi layihənin üçüncü görüşü baş tutub.

Globalinfo.az bildirir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsinin 3 tədbiri baş tutub. Görüş narkotikdən əziyyət çəkən şəxslərin müalicə aldığı Güvən Rehab Reabilitasiya Mərkəzində keçirilib. Bununla bağlı yerli mətbuata açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, 3 aydır davam edən tədbirin sonuncu görüşü idi:” Avqust ayından başlayan layihəmizin bütün tədbirlərini məhz narkotikdən və asıllıqdan əziyyət çəkən şəxslərlə canlı görüş keçirdik. Təşkilatımız 20 ildən artıqdır ki, QHT kimi fəaliyyət göstərir və bu ilk hadisə idi. Doğru qərar qəbul etdik. Keçirdiyimiz 3 görüşdə 200 yaxın narkotikdən əziyyət çəkən şəxslərlə təmasda olduq. Binəqədi və Abşeron rayonun ərazisində fəaliyyət göstərən Güvən Rehab Mərkəzində olan bu şəxslərlə keçirdiyimiz görüşdə əyanı vəsaitlərlə yanaşı, bir çox maarifləndirici bukletlər, maykalar təşkilatmız tərəfindən təqdim edildi. Ən əsası görüşümdə narkotikdən əziyyət çəkən şəxslərə çatdırırdım ki, narkotik tək bir şəxsin və onun ailəsinin faciəsi deyil, bütövlükdə cəmiyyətimizin və dövlətimiz üçün çox ciddi problemdir. Əlbəttə, ilk olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə və Güvən Rehab Reabilitasiya Mərkəzinin rəhbəri Ayaz Məmmədzadəyə təşəkkürümü bildirirəm.

Bu görüşümdə də narakotikdən əziyyət çəkən şəxslərin diqqətinə çatdırdım ki, bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva narkotiklə mübarizəni əsas proritet istiqamət kimi nəzərdə tuturlar. Bütün imkanları ilə gənclərimizi və gələcək genofondunuzu bu bəladan qoruyurlar! Ən inkişaf etmiş öləkərdə belə narkomaniya geniş yer alıb. Dövlətin bütün güc strukturları narkamaniyaya qarşı səfərbər olunub. Görüş iştirakçılarının diqqətinə Azərbaycanda narkomaniyanın geniş yayılmasında birbaşa İran dövlətinin apardığı siyasətin olduğunu da diqqətə çatdırdım. Bu, İranın Azərbaycana qarşı dövlət siyasətinin və məqsədli şəkildə oldunduğunu və gələcək nəisllərin, genofondumuza böyük zərbə vurulması üçün oldunduğunu bildirdim. Dövlətimizin amansız mübarizəsinin şahidiyik. DTX-nın, DİN, Sərhəd Xidmətinin hər gün İrandan gələn narkotik daşıyanların həbs olunduğunu da xüsusi olaraq qeyd edirəm. Son dövrlər bu cür Mərkəzlərin, Güvən Rehabı- fəaliyyətini yüksək qiymətləndirirəm. Əslində düşünürəm ki, müvafiq dövlət qurumları bu cür mərkəzləri bütün imkanları ilə dəstək verməlidir. Axı bildiyim qədər sizin mərkəz yarandığı gündən bu günə qədər yüzlərlə insanı narkotik bəlasından xilas edib və onun yenidən cəmiyyətə geri qaytardıb.

Niyaməddin Orduxanlının bildirdiyinə görə, rəhbərlik etdiyi QHT təşkilatın işinin əsasını əhalinin sağlamlığının qorunmasıdır:”Biz təşkilat mümkün qədər ilə çalışır ki, narkotikin cəmiyyətimiz üçün nə qədər ciddi ziyan vurduğunu və geniş yayılmamasının qarşısının alınması üçün maarifləndirici işləri görsün. Xüsusən gəncləri qorumalıyıq. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlarla maksimum çalışırıq ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Layihənin icra planına uyğun olaraq artıq tədbirlərimizi yekunlaşdırdıq. Və yaxın günlərdə Dövlət Agentliyə layihəmizin yekunu ilə bağlı hesabat təqdim edəcəyik.”

Daha sonra Güvən Rehab Mərkəzinin proqram rəhbəri, tanınmış ekspert İlqar Ağayev geniş çıxış edib. Mərkəzin uzun illərdi fəaliyyət göstərdiyini bildirib:

“Mərkəzin rəhbəri Ayaz müəllim Rusiyadan gətirilmiş mütəxəssislərlə birgə Azərbaycanda narkomaniyadan, alkoqolizmdən və iqromaniyadan əziyyət çəkən insanlar üçün ilk Reabilitasiya Mərkəzinin təməlini qurmuşdur. Daha sonralar isə “Güven Rehab” adı ilə öz fəaliyyətini davam etdirir. Mən “Güvən Rehab” Reabilitasiya Mərkəzinin Proqram rəhbəri İlqar Ağayev olaraq bildirmək istəyirəm ki, bu illər ərzində mərkəzimiz yüzlərlə insanın sağlam həyata qayıtmasına kömək olmuşdur. Dövlətimizin bizə verdiyi mənəvi dəstəyə görə üçün sonsuz minnətdarıq. Qeyri – Hökumət Təşkilatının sədri Niyaməddin Orduxanlıya bu gün mərkəzimizdə iştirak etdi və dövlətimizin tam dəstəyini bizə hiss elətdirdi və buna görə ona dərindən təşəkkür edirik. Bu cür görüşlər keçirilməsi, təşkil edilməsi çox önəmli bir hadisədir. Dövlət Agentliyinin narkotiklə mübarizə istiqamətini dəstəkləməsini də təqdir edirik. Biz hər bir vətəndaşımızı qorumalıyıq ki, heç zaman bu bəlanın qurbanlarından birinə çevrilməsin. Bütün səylərimizi birləşdirməliyik!”

387333672 1370881276798006 3263916675396562336 n 386891835 284579207752046 7818511025603318885 n 384560922 870370101273783 3311828587497799561 n 384560573 1034233281153118 1401146871890127353 n 386890860 704219048396595 7004383192873301174 n 384562828 789694776264185 1276811929895090467 n 384560944 332181629460020 7198526769577991691 n 387323485 1037878083880741 9001026559328609415 n 384568253 1055069915490791 3511344373490851630 n 386873091 989527552161779 37918124351319906 n 384561892 360669643022894 9179782305023541231 n

 

Paylaş: