Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

“Hizbullah”la atəşkəs razılaşması müharibənin bitdiyi anlamına gəlmir”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail Livanın Hizbullah hərəkatı ilə atəşkəs razılaşmasına sadiqdir. Lakin bu, müharibənin bitməsi demək deyil.

Netanyahu “Hizbullah”ın razılaşmanı ciddi şəkildə pozduğunu və İsrailin cavab olaraq Livan boyu 20-dən çox hədəfə hücum etdiyini bildirib.

“Hazırda biz atəşkəs rejimindəyik, amma bu, müharibənin sonu deyil. Bizim məqsədimiz aydındır. Şimal sakinlərini geri qaytarmaq, ərazidə yaşayışı bərpa etmək istəyirik”, – Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: