Netanyahudan HƏMAS AÇIQLAMASI: “Bu, müsbət məqamdır”

“HƏMAS hələ də girov müqaviləsi ilə bağlı real cavab verməyib”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, yeganə müsbət məqam Qətərin HƏMAS-a təzyiq göstərməyə başlamasıdır.

“HƏMAS qəbuledilməz tələblər irəli sürməyə davam edir və danışıqlarda irəliləyişə nail olmaq istəmir. Onlar vəziyyəti daha da qızışdırmaq niyyətindədirlər. Buna rəğmən ilk dəfədir ki, Qətərin Həmas üzərində təzyiqini görürük. Bu, müsbət məqamdır”, – Netanyahu vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az