ludO9t6P066XSXhleKVOQ

“Müharibə yalnız İsrail bütün məqsədlərinə çatdıqda bitəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, bu məqsədlərə şimallıların evlərinə qayıtması daxildir.

“Bütün məqsədlərə nail olmaq İsrailin tam qələbə qazanması deməkdir. Son həftələrdə İsrailin hərbi təzyiqi nəticəsində HƏMAS sıralarında açıq çatlar yaranıb. HƏMAS komandirləri gizlənir. HƏMAS-ı dəstəkləyən qəzzalılar bunun onlara gətirdiyi fəlakətdən xəbərdardırlar. Terrorçular tamamilə məhv edilənə qədər görünməmiş güclə hücuma məruz qalacaqlar. Mən HƏMAS-a bir millimetr də hərəkət etməyə icazə vermirəm”, – deyə İsrailin baş naziri vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: