İsrailin Baş naziri Benyamin Netanyahu Yerusəlimdəki tibb müəssisələrindən birinə yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Netanyahu mayın 25-i gecə saatlarında “Hadassah Ein Kerem” Tibb Mərkəzinə aparılıb. Baş nazirin ofisinin açıqlamasında onun stomatoloji müalicə aldığı bildirilib”, – deyə qeyd olunub.
Məlumata görə, son vaxtlar Netanyahunun səhhəti ictimaiyyətin diqqət mərkəzindədir.
İsrail vətəndaşları baş nazirin sağlamlığı ilə bağlı bəzi məlumatların gizlədildiyini düşünür və onu bu məsələdə tənqid edirlər.
Əliyar Xəlil
Globalinfo.az