Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt Rəvançi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, Kostanyan həmsöhbətinə Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinin təfərrüatları barədə danışıb. O, İrəvanın sülh gündəliyə sadiq olduğunu deyib.

Ermənistan XİN-in məlumatına görə, tərəflər münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Qeyd edək ki, İran Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətinə istinad edərək, regionda üçüncü qüvvələrin mövcudluğundan dəfələrlə narahatlığını bildirib. İran da Rusiya kimi regional məsələlərin Ermənistan, Türkiyə, Azərbaycan və Gürcüstanı əhatə edən  “3+3” formatında müzakirəsində israrlıdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: