Netanyahu: “HƏMAS mövqeyini dəyişməsə…”

“HƏMAS mövqeyini dəyişməyincə danışıqların mənası olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, fevralın 15-də danışıqlar üçün Qahirəyə nümayəndə heyəti göndərməkdən imtina edib.

Netanyahunun sözlərinə görə, atəşkəs razılaşmasında uğur qazanmaq üçün Misir və Qətər mühüm rol oynayır. Bu dövlətlər əlavə danışıqlar üçün təklif irəli sürürlər. Lakin HƏMAS öz mövqeyini dəyişmədiyi halda danışıqların heç bir mənası olmayacaq. Xüsusilə, İsrail həbsxanalarında olan fələstinli məhbusların azad edilməsi üçün qarşı tərəfdən addımlar atılmalıdır.

Xatırladaq ki, fevralın 13-də Qahirədə Misir, ABŞ, Qətər və İsrail nümayəndələri arasında məsləhətləşmə görüşü keçirilib. Danışıqlarda Qəzzada saxlanılan israilli girovların azad edilməsinə dair mümkün razılaşma və anklavda atəşkəs rejiminin əldə olunması ilə bağlı perspektivlər müzakirə edilib.

Məsləhətləşmələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns, Mossad-ın başçısı Devid Barniya, həmçinin Qətərin Baş naziri Məhəmməd ben Əbdül Rəhman Əl Tani və Misirin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Abbas Kamil aparıb.

Əliyar Xəlil
Globalinfo.az