Kremldaxili çəkişmə türk ölkəsində çevrilişə səbəb oldu – 3 versiya

Türkmənistanda hərbi çevrilişə cəhd olub. Belə ki, bir neçə gündür ölkədə internet kəsilib. Rəsmi Aşqabad bununla hərbi çevrilişə cəhdi gizlətməyə cəhd edib. Aşqabadda 20-yə yaxın şəxsin həbs edildiyi bildirilir. Dövlət çevrilişinin təşkilatçısı kimi isə keçmiş kənd təsərrüfatı naziri Payzıgəldi Meredovun oğlu Batır Meredovun adı çəkilir. Qeyd edək ki, Ata Meredov 2013-cü ildə vəfat edib. Eyni zamanda, Türkmənistan DİN müavini Əhməd Xocatov da həbs edilənlər arasındadır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, Türkmənistanda hərbi çevrilişə cəhdlə bağlı üç versiya var:

Birincisi, Rusiyada son illər ordu ilə xüsusi xidmət orqanları arasında gedən qarşıdurmalar, çəkişmələr fonunda ciddi proseslərin şahidi oluruq. Bu istər-istəməz ətraf ölkələrə də təsir edir.
Rusiyanın arxa bağçası hesab edilən regionlarda ölkədaxili mübarizələr tədricən qızışa bilər. Bunun ilk mərhələsini Türkmənistanda görə bilərik. Yəni Türkmənistanda baş verən çevriliş cəhdi Kremldəki proseslər ilə birbaşa bağlı ola bilər.

Turab Rzayev 

İkincisi, Türkmənistan iqtidarı ölkə daxilində müxalif qrupları ehtimal təhlükə mənbəyi hesab etdiyi qüvvələri sıradan çıxarmaq və aşkarlamaq üçün belə bir varianta da əl ata bilər. Yəni bu nəzarətli; məqsədyönlü, planlı bir çevriliş cəhdi ola bilər.

Üçüncüsü, Türkmənistanda heç də hər kəs mövcud rejimdən razı deyil. Bunu birbaşa deməsələr də bilinən bir məsələdir. Bu mənada baş verən hadisə Türkmənistan daxili çəkişmədə ola bilər”.

Turan Rzayev
Globalinfo.az