
“Hazırda kənddə atışma dayanıb, əvvəlki kimi böyük panika yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşən Nerkin-And kəndinin administrativ rəhbəri Xaçik Baqdasaryan deyib.
“Toqquşma nəticəsində 2 ölü, 1 yaralımız var. Yaralı əsgər indi Qafan Tibb Mərkəzindədir, həyatı üçün təhlükə yoxdur. İndi əvvəlki kimi ciddi panika yoxdur, lakin əhali çox narahatdır. Hələ ki, öz yerlərimizdəyik, heç yerə getmirik”, – Baqdasaryan bildirib.
Xatırladaq ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.
Ayşən Mustafa
Globalinfo.az