Həbs edilən direktorun yerinə təyinat olub? – Rəsmi

Səhiyyə Nazirliyindən Respublika Narkoloji Mərkəzinə direktor təyin edilməsi ilə bağlı məsələyə münasibət bildirilib.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə qurumdan Oxu.Az-a bildirilib ki, Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsi Fəzayıl Sadıqova həvalə olunub:

“Hələlik onun bu vəzifəyə təyin edilməsi ilə bağlı əmr yoxdur”.

***10:53

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə direktor təyin edilib.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrə əsasən, Fəzail Sadıqov Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. O, bu təyinatadək Bakı Şəhər Narkoloji Dispanserində çalışıb.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzinin sabiq direktoru Elşən Mustafayev 2024-cü ilin mart ayında barəsindəki korrupsiya faktlarına görə həbs olunub.