Nazir polis mayoruna yüksək vəzifə verdi

Gədəbəy Rayon Polis Şöbəsinin (RPŞ) rəisinə yeni müavin təyin edilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Gündüz Yusifov Gədəbəy RPŞ-nin rəisinin şəxsi heyətlə iş üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, G.Yusifov bu təyinata qədər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.