Nazir polis mayoruna vəzifə verdi

Gədəbəy Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili İşlər Naziri Vilayət Eyvazovun əmri ilə polis mayoru Asəf Mirzəyev RPŞ rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

Qeyd edək ki, o, buna qədər həmin şöbədə Təhqiqat Bölməsinin rəisi kimi çalışıb.