63c2c728bf13863c2c728bf1391673709352de275196a22c0562dda1859ff18f6324

Naxçıvanda 3 tələbə qız dəm qazından zəhərlənib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Şərur və Culfa rayon sakinləri Aytac Əliyeva, Nərmin Əliyeva və Muasimə Abbasova Naxçıvan şəhərində kirayə qaldıqları evdə zəhərləniblər.

İlkin məlumata görə, zəhərlənməyə səbəb hamamda dəm qazının sızması olub. Zərərçəkənlər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri sabitdir.

Faktla bağla araşdırma aparılır.

Paylaş: