nato 1

Rusiya NATO-nun “Sabit günorta” nüvə təliminə cavab verə bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

Onun fikrincə, NATO-nun nüvə təlimləri ilə bağlı hadisələr qlobal təhlükəsizlik məsələlərinə təsir edir:

“Bu, təkcə Rusiyadan deyil, digər dövlətlərdən də əks tədbirlərə səbəb ola bilər. Moskva dəfələrlə Alyansı Şərqə hərbi infrastrukturun genişləndirilməsini dayandırmağa çağırıb”.

Qeyd edək ki, NATO oktyabrın 13-də illik nüvə simulyasiya edilmiş hərbi təlimini keçirəcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: