ABŞ-ın “RQ-4B Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsi Litva üzərində uçaraq Rusiya və Belarus sərhədini yoxlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
“Siciliyadakı NATO bazasından havaya qalxan pilotsuz təyyarə Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Polşa,Litva,Latviya, Estoniya ərazilərindən keçərək Finlandiyaya çatıb”, – deyə bildirilib.
May ayında ABŞ-ın eyni pilotsuz kəşfiyyat təyyarəsi Qara dəniz üzərində görünüb.
Eyni zamanda Rumıniya səmasında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “P-8A Poseidon” pilotsuz uçan aparatı da müşahidə edilib.
Əliyar Xəlil
Globalinfo.az