“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir

12 sentyabr tarixindən, Zərdab sakinləri rayon mərkəzində yenilənmiş “Nar” mağazasında daha üstün müştəri xidmətləri ala bilərlər. Zardab rayonu, Azərbaycan prospektində yerləşən mağaza nömrələrin satışı, bərpası və dublikasiyası da daxil olmaqla bir sıra xidmətlər, geniş çeşidli mobil telefonlar, cihazlar və aksessuarlar təklif edərək müştərilərinin ehtiyaclarını ödəməyə hazırdır.

Globalinfo.az bildirir ki, “Nar” müştəriyönümlülük strategiyasının bir hissəsi kimi bu ilin sonuna qədər ölkə üzrə ümumilikdə 11 mağazanın yeni konseptdə təqdim edilməsi ilə bağlı plan həyata keçirir. Bu plan “Nar”ın bütün ziyarətçilərinə yüksək səviyyəli xidmət göstərmək, onların ən son mobil texnologiyadan istifadə etmələrini təmin etmək məqsədi daşıyır.

“Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumat üçün nar.az/map ünvanındakı rəsmi səhifəyə daxil olun.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.