Müharibəyə hazırlıq gedir: VPN yükləyənlər var – Nələr yaşanır? / VİDEO

09:37

Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir.

Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib;

İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır.

Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib.

Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şayiələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb:

“Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”.

Xankəndidə həm də diqqətçəkən qeyri-müəyyən proseslər gedir.