Bakıda bu bina təhlükədədir: müğənnidən həyəcan təbili – VİDEO

Müğənni Ayan Babakişiyeva yaşadığı binadan şikayətçidir.  

Globalinfo.az OLAY-a istinadla xəbər verir ki, o, Nəriman Nərimanov rayonu ərazisində yerləşən evinin parkinqinin su ilə dolduğunu, amma bu barədə tədbir görülmədiyini qeyd edib.

O, video paylaşaraq çoxmərtəbəli binanın çökmə təhlükəsi ilə üz-üzə gəldiyini açıqlayıb:

“Bura yaşadığımız binanın qarajıdır. Hazırda suyu bir az yığıblar. İki aydır belədir. Bu qədər məsuliyyətsizlik olar? Aidiyyəti orqanlar maraqlanmalıdır.  Bu suyu analiz ediblər, təbii Şollar suyudur. Binanın çökməsinə səbəb olacaq.

Gəlib vannalarla suyu doldurub boşaldırlar. Cəmi bir dəfə problemi aradan qaldırmağa çalışıblar.  Binanın arxa hissəsi çökmə təhlükəsi ilə üz-üzədir”.

O bildirib ki, binanın arxa hissəsində Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalı yerləşir və vəziyyət təhlükəli hal alıb.