Bu müəllimlər əməkhaqqını artırmaq üçün… – Deputat

“Sertifikasiya ilə bağlı bizə ünvanlanan suallardan biri də 60 yaşı tamam olan müəllimlərimizin imtahanlarda iştirakının mümkünlüyü ilə bağlıdır. Belə ki, qanunvericiliyə edilən və Milli Məclisdə qəbul olunan dəyişikliklərə görə, 60 yaşı tamam olan təhsil işçilərinin imtahanlarda iştirakı könüllüdür. Bu o deməkdir ki, 60 yaşı tamam olan müəllimlərin sertifkasiyada iştirak etməmək hüququ var”.

Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, həmin yaşda olan müəllimimiz məcburi şəkildə sertifikasiya imtahanına cəlb oluna bilməz:

“Amma bu heç də onların imtahanlarda iştirak hüququnu məhdudlaşdırmır. Yəni mövcud qanunvericiliyə edilən dəyişiklik 60 yaşı tamam olan sertifikasiyada iştirak edərək əmək haqqlarını artırmaq istəyən müəllimlərə imtahanda iştirak hüququ verir. Məsələn, əgər müəllimin 60 yaşı tamam olubsa və o imtahanda iştirak edərək əmək haqqı artımları ilə bağlı faizlərdən faydalanmaq istəyirsə o halda onun bu hüququ məhdudlaşdırıla bilməz.

Eyni zamanda, təklif edirik ki, 60 yaşı tamam olmuş və sertifikasiyada iştirak edərək yüksək bal toplayan müəllimlərin 65 yaşı tamam olduqdan sonra onlara daha uzun müddət işləmək hüququ verilsin. Aydındır ki, gənc müəllimlərin işlə təmin olunması prioritetdir. Bununla belə, pensiya yaşı tamam olduqdan sonra peşəkar və sertifikasiya imtahan balları yüksək olan müəllimlərin təhsil sistemində saxlanılması və onların biliklərindən istifadə olunması da vacibdir. Bu baxımdan, 60 yaşı tamam olan və sertifikasiya imtahan balları yüksək müəllimlərə 65 yaşdan sonra pedoqoji fəaliyyətini davam etdirmək imkanın verilməsi məqsədəuyğundur”.

Turan Rzayev
Globalinfo.az