zelenski9 900x600 1

Dövlət Dumasında Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktuba reaksiya verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə müdafiə komitəsinin sədri Andrey Kartapolov danışıb.

O, bu addımı çıxılmaz vəziyyətdə atılmış cəhd kimi qiymətləndirib.

Parlamentarinin fikrincə, Zelenski Putinə açıq məktub ünvanlamaqla sülhə nail olmaq üçün ümidsiz şəkildə çağırış edir.

“Tam olaraq belədir”, – deyə Kartapolov bildirib.

Bundan əvvəl V.Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Ukrayna ilə sülh sazişinin imzalanması ehtimalını şərh etmişdi. O, belə bir sənədin imzalanmasını tarixi hadisə adlandırsa da, Rusiyanın razılaşmanı Kiyevin legitim nümayəndəsi ilə əldə etmək istədiyini vurğulamışdı.

Zelenski isə Putinin bu açıqlamalarına dərhal reaksiya verərək Rusiya liderinə açıq məktub ünvanlayıb.

Məktubda o, Ukrayna və Rusiya arasında birbaşa danışıqlar prosesinin başlanmasını və münaqişənin başa çatdırılması məsələsini müzakirə etmək üçün şəxsi görüş keçirilməsini təklif edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: