misir merdanov

Sabiq təhsil naziri, AMEA-nın müxbir üzvü Misir Mərdanov Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakültəsində kafedra müdiri vəzifəsinə təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bu barədə Modern.az-a fakültədən bildirilib.

Məlumata görə, M.Mərdanov hazırda Ali riyaziyyat kafedrasının müdiri kimi fəaliyyət göstərir.

BDU-dan o da bildirilib ki, Mexaniki-riyaziyyat fakültəsində bir sıra kafedraların birləşdiriləcəyi və onların adlarının dəyişdiriləcəyi gözlənilir.

Misir Mərdanov 1998–2013-cü illərdə təhsil naziri, 2013–2025-ci illərdə isə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışıb.

1769082225 619254284 122162513264908815 3280868794714375089 n 1

Paylaş: