Misir İsraillə sərhədə tank və zirehli texnika yığır: Nə baş verir?

“İsrail Rafahı işğal etməyə hazırlaşır, Misir isə sərhədə tank və zirehli texnika yığır”.

Globalinfo.az xəbər verir ki,  bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, Misir son iki həftə ərzində 40 tank və zirehli texnikanı Sinay yarımadasının şimal-şərqinə daşıyaraq Qəzza zolağı ilə sərhəddə təhlükəsizliyi gücləndirmək qərarına gəlib.

Məlumatın İsrailin Misirlə sərhəddə yerləşən Rafah şəhərini işğal etməyə hazırlaşdığı bir vaxtda yayılması bəzi suallar doğurub. Bəzi ekspertlər İsrailin sərhəd bölgəsinə nəzarəti ələ keçirmək cəhdlərinin iki ölkə arasında gərginlik yaratdığını vurğulayıb.

Qeyd edək ki, müharibə başlayandan bəri Misir İsrail ordusunun Qəzza əhalisini Sinay yarımadasına doğru  qovacağından ehtiyat edirdi.

Əliyar Xəlil
Globalinfo.az