Zaxarova Mirzoyanla Lavrovun fotosunu yaydı

Rusiya xarici işlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçirilib. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı Rusiya XİN sözçüsü Mariya Zaxarova foto paylaşıb.

Rusiya və Ermənistan XİN başçıları ATƏT Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində Skopyedə görüşüblər.

Əliyar Xəlil
Globalinfo.az