
Erməni Apostol Kilsəsinin Tavuş vilayətindən olan yepiskopu Baqrat qalstanyanın rəhbərlik etdiyi “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları hökumət iqamətgahına doğru yürüş ediblər.
Globalinfo.az xəbər verir ki, əvvəlcə İrəvanın mərkəzində böyük mitinq keçirən minlərlə insan baş nazirin istefasını tələb etmək üçün rəmi iqamətgahın qarşısına gəliblər.
Hazırda polisin iqamətgah ətrafında təhlükəsizlik təbirlərini gücləndirdiyi bildirilir.
Qeyd edək ki, İrəvanın “Respublika” meydanında başlayan aksiya zamanı Ermənistanın Baş naziri postuna Nikol Paşinyanın yerinə yepiskop Baqrat Qalstanyanın namizədliyi irəli sürülüb. Əhali N.Paşinyanın istefasını tələb edir.
Ayşən Mustafa
Globalihnfo.az