Məzlum Afrin məhv edildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Əməliyyat nəticəsində İstanbulda 2022-ci ilin noyabrın 13-də baş vermiş terror aktının təşkilatçılarından biri öldürülüb.

“İstiqlal küçəsində 13 noyabr 2022-ci ildə 6 nəfərin ölümü, 81 nəfərin yaralandığı hücumun təşkilatçılarından, PKK/KCK-PYD/YPG-nin Suriyadakı kəşfiyyat fəaliyyətinə “məsul” “Məzlum Afrin” kod adlı Nabo Kele Hayri Suriyada zərərsizləşdirilib”, – məlumatda bildirilib.

Tamerlan Yayaqan
Globalinfo.az