221127164140 lionel messi inter miami rumors spt intl 900x600 1

“İnter Mayami” klubunun futbolçusu Lionel Messi tarixin ən çox məhsuldar ötürmə edən oyunçusu olub.

Globalinfo.az xəbər verir ki, argentinalı hücumçu buna MLS-in pley-off mərhələsinin “Nyu-York Siti” ilə oyununda məhsuldar ötürmə edib.

Messi karyerasında 405-ci məhsuldar ötürməsini edərək bu göstəricidə rekordçu olan əfsanəvi macar hücumçu Ferens Puşkaşı (404) geridə qoyub.

Qeyd edək ki, “İnter Mayami” “Nyu-York Siti”ni 5:1 hesabı ilə məğlub edərək finala yüksəlib.

Paylaş: