Messi Azərbaycana gəlir – Tarix açıqlandı

WhatsApp Image 2024 11 17 at 12

Argentia millisinin və “İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messinin Azərbaycana səfəri nəzərdə tutulub.

Oxu.azın əldə etdiyi məlumata görə, o, dekabr ayının 12-15-i aralığında, yaxud 2025-ci ilin yanvar ayının 22-25-i aralığında Azərbaycana səfər edə bilər.

Qeyd edək ki, daha öncə əfsanəvi futbolçu Ronaldinyo Quaço, “Barselona” klubunun prezidenti Xuan Laporta BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak məqsədilə ölkəmizə səfər ediblər.

Xatırladaq ki, bir qədər əvvəl Mesinin Bakıya gələcəyi açıqlanmışdı.