tcr

Türkiyədə bir sıra məşhurlara narkotik satmaqda ittiham olunan sosial media fenomeni Sercan Yaşar azadlığa buraxılıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Sercan Yaşar prokurorluqda bir sıra etiraflar edib. O, həmçinin peşman olduğunu deyib və bu səbəbdən fenomen sərbəst buraxılıb.

“Onun bu etiraflarından sonra müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak saxlanılıb. Həmçinin evlərində tapılmayan Yusuf Güney, Melisa Döngel və Cihan Şensözlü barəsində axtarış elan olunub”, – deyə qeyd edilib.

Qeyd edək ki, Sercan Yaşar İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik satmaq və saxlamaq ittihamları ilə saxlanılmışdı.

Xatırladaq ki, məşhurlara narkotik satmaq itithamı ilə Sercan Yaşarla yanaşı, Türkiyənin “Habertürk” media orqanının keçmiş baş redaktoru Mehmet Akif Ersoy və daha 10 nəfər tutulub.

Paylaş: