hava baki

Şahmat üzrə İddiaçılar Turniri gələcəkdə Azərbaycanda keçirilə bilər.

Globalinfo.az bildirir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında açıqlama verib.

O bildirib ki, bu məsələ daha əvvəl də müzakirə olunub: “Bu cür yarışların keçirilməsi ilə bağlı planlar var. Amma bu, tək mənim verə biləcəyim qərar deyil”.

Paylaş: