Məşhur müğənni vəfat etdi

mustafa kahtali

Türkiyəli müğənni Mustafa Kahtalı vəfat edib.

Globalinfo.az xəbər verir ki, 74 yaşlı sənətçi gecə saatlarında özəl xəstəxanada dünyasını dəyişib.

“Kahtalı Miçe” ləqəbi ilə tanınan ifaçı təxminən bir ildir Antalyada xərçənglə mübarizə aparırdı.

Onun dəfn mərasimi bu gün Adıyamanın Kahta rayonunda keçiriləcək.

Qeyd edək ki, 1951-ci il təvəllüdlü Mustafa Kahtalı 57 illik sənət karyerasında 19 albom çıxarıb.

Əliyar Xəlil
Globalinfo.az