Məşhur müğənni narkotikə görə saxlanıldı

Məşhur türkiyəli müğənni Kalben Sağdıç saxlanılıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, İstanbul şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları müğənniyə məxsus Beyoğlu adlanan ərazidəki evdə əməliyyat keçiriblər.

Nəticədə evdən ayrı-ayrı bükümlərdə ümumilikdə 15 qram narkotik maddə aşkarlanıb. Bundan əlavə, mənzildən 2000 avro, 730 dollar və 1500 lirə də tapılıb.

Müğənni ifadə vermək üçün polis şöbəsinə aparılıb.