Məşhur milyarder ölkədən qaçdı

“Alibaba” şirkətinin təsisçisi, milyarder Cek Ma Çini tərk edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Faynənşıl Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb.

Onun bir müddətdir Tokioda yaşadığı, buraya ailəsi, şəxsi aşpazı və mühafizəsi ilə birgə köçdüyü vurğulanıb. Biznesmenin Tokioda özəl klubları ziyarət etdiyi, kolleksiya yığmağa böyük marağının yarandığı qeyd edilib. Cek Manın həmçinin tez-tez ABŞ və İsrailə səfər etdiyi bildirilib.

Qeyd edək ki, son bir neçə ildə Çində hakimiyyətin nəzarətindən kənarda qalan milyarderlərə təzyiqlər maksimum həddə çatıb. Cek Maya bu təzyiqlər 2020-ci ilin oktyabrından başlayıb. Belə ki, Şanxayda dövlət banklarını tənqid etməsindən sonra onun dindirilməsini həyata keçiriblər.

İlkin
Globalinfo.az