Məşhur məktəbin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxdu – YENİLƏNİB

Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.

Globalinfo.az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq təhsil müəsisəsindən məlumat verilib.

Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar isə həqiqətə uyğun deyil: “Ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb”.

***14:53

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

Globalinfo.az baku.vs-ə istinadən bildirir ki, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir.