Məşhur aparıcı Space TV-dən getdi

Tanınmış teleapıcı, xəbər spikeri Ceyhun Səfərov çalışdığı şirkətlə yollarını ayırıb.

Globalinfo.az xəbər verir ki, bu haqda o, özünün Facebook hesabında yazıb. C.Səfərov Space TV-dən çıxma səbəbini bildirməklə yanaşı, gələcək planlarından da bəhs edib:

“Əziz dostlar və hörmətli tamaşaçılar,

Bir müddət Space TV-də çalışdım. Bu mənim TV işimdə ATV-dən sonra 2-ci istiqamət idi. Kanalda aparılan yeniliklər və s. məsələlərdə dostlarıma, həmkarlarıma dəstək olmaq istədim. Mənə elə gəlir ki, hər şey də yaxşı alındı. Amma qərara gəldim ki, bura qədər kifayət edir və öz istəyimlə Space-dən ayrıldım. Bu il jurnalistika fəaliyyətimin 20, xəbər aparıcısı kimi çalışmağımın isə 16 ili tamam olur. Hesab edirəm ki, bu müddət ərzində qazandığım bilik və təcrübəni Space-də də əziz dostlarımla birlikdə bölüşə bildim. Onlara uğurlar arzulayıram, doğmasınız, əzizsiniz! Özümə də TV sahəsində gələcəkdə yeni-yeni nailiyyətlər və istiqamətlər arzulayıram. Space TV-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirəm”.

Ayşən Mustafa
Globalinfo.az