Məşhur aktyorun nəvəsinin ölüm səbəbi açıqlandı

 

Dünyaca məşhur aktyor Robert De Nironun 19 yaşında həyatını itirən nəvəsin Leandro De Niro Rodrigezin ölüm səbəbi məlum olub.

Globalinfo.az xəbər verir ki, ölümündən bir az sonra ekspertiza nəticələri açıqlanıb.

Məlumata görə, Rodrigez səhvən aralarında ən güclü ağrıkəsicilərdən biri olan fentanillə birlikdə yüksək dozada dərman qəbul edib.

İyulun 2-də evində ölü tapılan 19 yaşlı gəncin cəsədinin yanında ağ rəngli toz topası və bir neçə dərmanın tapıldığı deyilmişdi.

Ayşən Mustafa
Globalinfo.az