WhatsApp Image 2024 05 30 at 17.10.08

Türkiyəli aktyor Əhməd Uğurlu vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə aktyorun dostları məlumat yayıblar.

Bildirilib ki, Ə.Uğurlu 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Uğurlu “Behzat Ç. Bir Ankara Polisiyesi”, “Zoraki Başkan”, “Tabutta Rövaşata” kimi ekran işlərində rol alıb.

O, tanınmış aktyor Mustafa Uğurlun qardaşıdır.

Paylaş: