“Almaniya sonradan çətin vəziyyətə düşməmək üçün Rusiya Prezidenti Vladimir Putinlə mümkün qədər tez dialoqa başlamalıdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.
Bildirilib ki, Almaniya kansleri Fridix Merz təcili şəkildə rusiyalı həmkarı ilə danışmalıdır.
“Avropalılar öz maraqlarını ABŞ-a və onun hazırkı hökumətindən asılı vəziyyətə salmaq əvəzinə, müstəqil şəkildə müdafiə etməlidirlər. Əks halda, onlar böyük risklə üzləşəcəklər.
Əgər masada oturmasanız, o zaman sadəcə yemək olacaqsınız”, – deyə müəlliflər qeyd ediblər.
Əliyar Xəlil
Globalinfo.az