Məktəbdə narkotikdən istifadə görüntüləri yayıldı: polis araşdırır – VİDEO

Sosial şəbəkələrdə Bakıda 44 saylı məktəbin həyətində şagirdlərin narkotik vasitədən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a bildirib ki, videogörüntülərlə bağlı araşdırma aparılır:

“İddialar araşdırma predmetidir. Nəticəsi barədə əlavə məlumat veriləcək”.