Mehriban Qaralova vəzifəsindən çıxarıldı

Abşeron rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

Globalinfo.az Trend-ə istinadən xəbər verir ki, xəstəxananın direktoru Mehriban Qaralova öz ərizəsi ilə işdən ayrılıb.

O, bildirib ki, tutduğu vəzifədən azad edilib və başqa vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun əmisi, mərhum YAP-çı deputat, professor Zahid Qaralovun qızıdır.