Makron Yeni Kaledoniyada seçki islahatlarını dayandırdı

Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında Yeni Kaledoniyada seçki islahatlarının dayandırıldığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar burada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən və yerli əhalinin hüquqlarını pozan qanun layihəsinə görə başlayıb.

Əliyar Xəlil
Globalinfo.az