Maestro Niyazi soyadını niyə dəyişmişdi? – Faciə…

Bu gün Maestro Niyazinin anadan olmasından 111 il ötür.

Globalinfo.az xatırladır ki, Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə anadan olub.

SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.

“Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin (1962) və bir çox musiqi əsərlərinin müəllifidir.

Maestro Niyazi böyük bəstəkar Üzeyir Hacıbəyovun qardaşı oğlu olub. Niyazinin atası bəstəkar Zülfüqar Hacıbəyovdur. Anası Böyükxanım isə ixtisasca həkim olub.

Bəs niyə Niyazi, Hacıbəyov yox, Tağızadə soyadını daşıyırdı?

Niyazi, anası Böyükxanımın yeganə dayısı Heydərəli Tağızadənin soyadını seçmişdi. Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra bu soyadı daşımağı Niyazi özünə borc bilib.

Görkəmli dirijor 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvanındakı mənzildə yaşayıb. 1984-cü il avqustun 2-də vəfat edib.