madyar

Macarıstanda parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib.

Globalinfo.az xəbər verir ki, o, “Drujba” kəməri vasitəsilə neft nəqlinin bərpa olunmasını istəyib.

Siyasətçi bildirib ki, əgər kəmər neft daşınması üçün yararlıdırsa, o zaman əvvəl verilən vədə uyğun fəaliyyətə açıq olmalıdır.

Madyar həmçinin qeyd edib ki, Kiyev Macarıstana qarşı “təzyiq siyasətinə” son qoymalıdır. Bununla yanaşı, o, ölkənin enerji təhlükəsizliyi üçün “Pakş” Atom Elektrik Stansiyasının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: