“Venesuela Prezidenti Nikolas Maduro devriləcəyi təqdirdə Türkiyəyə sığına bilər”.
Globalinfo.az xəbər verir ki, bununla bağlı “Vaşinqton Post” qəzeti hesabat yayıb.
Məlumatda Maduronun Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yaxın münasibəti vurğulanıb.
“Türkiyə onun üçün təhlükəsiz bir sığınacaq olacaq. Maduro Ərdoğana güvənir, onun isə ABŞ Prezidenti Donald Trampla yaxşı münasibəti var”, – deyə nəşrin mənbələri bildiriblər.
Qeyd edək ki, ABŞ Venesuela prezidenti Nikolas Maduro və yüksək vəzifəli Venesuela rəsmilərinin rəhbərlik etdiyi iddia olunan “Cartel de los Soles” cinayətkar qrupu Xarici Terror Təşkilatı (FTO) siyahısına daxil edilib.
Venesuela bunu ABŞ-ın ölkəyə müdaxilə üçün bəhanə yaratmaq cəhdi kimi qiymətləndirib.
Əliyar Xəlil
Globalinfo.az